"Postmüharibə dövründə qazilərin reabilitasiyasına ciddi önəm verilib" - Nazir

10:50 20.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən müddət ərzində təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri tərəfindən Vətən müharibəsinin 11 min iştirakçısına reabilitasiya və sosial-psixoloji dəstək göstərilib.

Hafta.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mediaya müsahibəsində bildirib.

Nazir qeyd edib ki, əzalarını itirmiş qəhrəmanların 200-nə ən müasir 4-cü nəsil elektron tam funksional protezlər qoyulub. Ötən dövr ərzində 21 min reabilitasiya vasitəsi müharibə əlillərinə təqdim olunub.